1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roma olimpiadadan imtina etdi
İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə CONİ-nin prezidenti Covanni Malaqo açıqlama verib. O, Beynəlxalq Olimpiya Komitəsinə imtina məktubu ünvanladıqlarını bildirib.
Sentyabrın 21-də Romanın yeni seçilmiş meri Virciniya Raci Oyunlara namizədlikdən imtina edəcəklərini bildirib. Tezliklə bu qərar şəhər şurasının iclasında ratifikasiya olunub.
Qeyd edək ki, Roma 1960-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. İtaliya paytaxtı 2020-ci il olimpiadasına da namizədliyini verib. Amma İtaliya hökuməti iqtisadi böhran üzündən imtina qərarı verib. 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarını təşkil edəcək şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq. Romanın imtinasından sonra Oyunlara namizəd qismində Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) qalıb.