Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləşçilər mübarizəyə başlayıb. Sportnet.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan yunan-Roma güləşçilərinin hər ikisi finala yüksəlib.
50 kq çəki dərəcəsindəki təmsilçimiz Cabbar Nəcəfov B yarımqrupunda mübarizə aparıb. Moldova, İran və Türkiyə güləşçiləri üzərində qazanılan inamlı qələbələr güləşçimizi finala yüksəldib. Finalda Nəcəfov Özbəkistan təmsilçisi ilə qarşılaşıb. İlk hissədə 3:6 hesabı ilə yenilən pəhləvanımız sonrakı hissədə 2:0 hesabı ilə qalib gəlsə də, ümumi nəticədə rəqibindən geri qalıb - 5:6. Nəticədə Nəcəfov gümüş medalla kifayətlənib.
1-ci dövrə - Uğur Beytekin (TUR) - Cabbar Nəcəfov 0:10
2-ci dövrə - Mohamedrza Ağaniaçarı (İRİ)- Cabbar Nəcəfov 5:9
3-cü dövrə - Dorin Cojocari (MDA) - Cabbar Nəcəfov 0:8
FİNAL - İlxom Baxromov (UZB) - Cabbar Nəcəfov - 6:5
69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov isə A yarımqrupunda mübarizə aparıb. Final yolunda güləşçimiz Misir, Qazaxstan və Özbəkistandan olan rəqiblərini məğlub edib. Həlledici görüşdə güləşçimizin rəqibi ABŞ idmançısı olub. Qarşılaşmanı fəal keçirən təmsilçimiz 3:0 hesabı ilə qalib gələrək, olimpiya çempionu olub.
1-ci dövrə - İslambek Dadov - Abubakr Alimov (UZB) 5:0
2-ci dövrə - İbrahim Omar (EGY) - İslambek Dadov 0:5
3-cü dövrə - Yevgeniy Polivadov (KAZ) - İslambek Dadov 0:2
FİNAL - Mason Manville (USA) - İslambek Dadov - 0:3
Beləliklə, Nankin olimpiadasında Azərbaycan idmançılarının qazandığı medalların sayı 7-yə çatıb. Onlardan 2-si qızıl, 5-i gümüşdür.