
ABŞ 2026 və ya 2030-cu illərdə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir.
Sportnet.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Olimpiya Komitəsinin sədri Larri Probst "Reuters”ə açıqlama verib.
O, bildirib ki, 2028-ci il Yay Olimpiya Oyunlarının Los Ancelesdə baş tutacağına rəğmən, daha bir böyük turniri keçirməkdə maraqlıdırlar: "Daha çox 2030-cu ili düşünürük. Ona görə ki, 2028-ci il Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı problem olmasın”.
Qeyd edək ki, növbəti - 2018-ci il Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.