
O bildirib ki, olimpiadada medal qazanması münasibətilə Donetskdə hədiyyə olunan mənzilə mərmi düşdüyünü tanışları deyiblər. Vəziyyətlə tanış olmaq üçün idmançının məşqçisi hadisə yerinə yollansa da, hələ bir xəbər yoxdur: "Hələ də rahat nəfəs ala bilmirəm".
Qeyd edək ki, Olqa Saladuxa London olimpiadasında 3 təkanla uzununa tullanma növündə bürünc medal qazanıb.