Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında bu gün 7 növ üzrə 9 dəst medal sahiblərini tapıb.
Sportnet.az-ın məlumatına görə, 9-cu yarış gününün yekunlarına əsasən, Almaniya medal əyarında liderliyini davam etdirib. Əvəzində Norveç Hollandiyanı üstələyərək ikinci pilləyə yüksəlib. Medal sayında isə skandinaviyalılar liderdir.