Belaruslu Anna Quskova xizəksürmənin fristayl növündə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının qalibi olub.
Sportnet.az xəbər verir ki, 26 yaşlı xanım idmançı 96,14 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. Gümüş və bürünc medalları isə çinlilər qazanıb. Sin Çjan ikinci, Fanyuy Kun isə üçüncü yeri tutub.
Qadınlar arasında konki sürmə növündə 5 min metr məsafəyə yarışda isə hollandiyalı Esme Visser çempion olub. Çexiyalı Martina Sablikova gümüş, rusiyalı Natalya Voronina isə bürünc medal əldə edib.