1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiyanın daha bir idmançısına dopinq cəzası
Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən rusiyalı bobsleyçi Nadejda Sergeyeva cəzaya məruz qalıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb.
30 yaşlı idmançıdan fevralın 18-də götürülmüş dopinq-test müsbət nəticə verib. Ondan qadağan olunmuş trimetazidin maddəsi aşkarlanıb. Sergeyeva B nümunəsinin açılmasından imtina edib. O, müvəqqəti diskvalifikasiyaya razılaşıb. Bununla belə, qadın bobsleyçi cəzanın ləğvinə və ya müddətinin azaldılması hüququnu özündə saxlayır.
Qeyd edək ki, Pxençxan olimpiadasında Nadejda Sergeyeva Anastasiya Koçerjova ilə birgə 12-ci yeri tutub. CAS bu nəticəni ləğv edib. Bir neçə gün əvvəl Rusiya körlinqçisi Aleksandr Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə qazandığı olimpiadanın bürünc medalından məhrum edilib. Səbəb Kruşelnitskidən istifadəsi qadağan olunmuş meldoniumun aşkarlanmasıdır.