1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiadada qızıl medal rekordu
Finlandiyalı İyvo Niskanen Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında 50 km məsafəyə klassik növ üzrə xizəksürmədə birinci yeri tutub.
Sportnet.az xəbər verir ki, bununla da Oyunlarda qızıl medal qazanan ölkələrin sayı 22-yə çatıb. Gümüş və bürünc medalları isə Rusiya idmançıları – Aleksandr Bolşunovla Andrey Larkov əldə ediblər.
Beləliklə, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında müəyyənləşdirilmiş rekord göstərici təkrarlanıb. Həmin vaxt da 22 ölkə qızıl medal qazanmışdı. Lakin hazırkı olimpiada hələ sabah yekunlaşacağından, siyahıya yeni ölkənin əlavə olunacağı istisna deyil.
Qeyd edək ki, Norveç 38 medalla birinci pillədədir. İkinci sıradakı Almaniya ilə üçüncü yerdə qərarlaşan Kanadanın isə 28 medalı var.