"Minsk 2019" II Avropa Oyunlarında üçüncü yarış gününə start verilib.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən ilk olaraq, kişilərin 10 m məsafəyə pnevmatik tapança ilə atəş açma növündə Ruslan Lunyov çıxış edib. 574 xal toplayan idmançı 20-ci yeri tutub. O, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala yüksələ bilməyib və mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün daha bir azərbaycanlı atıcı Nigar Nəsirova pnevmatik tapançadan 10 metr məsafəyə atəş açacaq.