Gənclər və İdman naziri Azad Rəhimov Litvanın Druskininkay şəhərinin meri Riçardes Malinauskası qəbul edib.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Sportnet.az-a verdiyi məlumata görə, görüş zamanı hər iki ölkənin idman infrastrukturu, idman qurğularının fəaliyyəti və əhalinin idman arenalarına cəlb olunmasında yeni mexanizimlərin işlənilməsi müzakirə olunub.
Görüşün sonunda şəhərin idman infrastrukturunun inkişafı istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin aparılması ətrafında danışılıb.