Azərbaycan Bakı-2015 I Avropa Oyunlarını keçirməkdən ötrü 6,5 milyard ABŞ dolları xərcləyib.
Sportnet.az-ın "Inside The Games" nəşrinə istinadən məlumatına görə, bu məbləğə Oyunlara hazırlıq və yarışların keçirilməsi, infrastruktur, idmançılar və rəsmi şəxslərin səfərləri və Əməliyyat Komitəsi üçün xərclər daxildir.
Məşhur müğənni Ledi Qaqanın da çıxış etdiyi açılış mərasimi isə 95 milyon dollara başa gəlib. Bu, 2012-ci il London Yay Olimpiya Oyunlarının açılış mərasimindən iki dəfə çoxdur.
Bağlanış mərasiminə isə daha çox - 133 milyon dollar xərclənib.
Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçirilib.