Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Bu barədə Sportnet.az-a nazirliyin mətbuat katibi Qabil Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, nazirin digər əmri ilə F.Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.