
ABŞ-ı təmsil edən fiqurlu konkisürən Netan Çen Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekorduna imza atıb.
Spornet.az-ın məlumatına görə, 23 yaşlı idmançı buna qısa proqramda nail olub.
Bu mübarizəni birinci pillədə başa vuran Çen 113,97 xal toplayıb. Konkisürən 2020-ci ildə Cənubi Koreyadakı 4 Qitə çempionatında 111,82 xal qazanmış yaponiyalı Yudzuru Hanyunun rekordunu geridə qoyub.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Vladimir Litvintsev qısa proqramda 30 idmançı arasında 84,15 xalla 18-ci olub və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.