
Almaniyanın Hamburq şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına rəsmən namizəd olub. Sportnet.az-ın məlumatına görə, bu barədə Almaniya Olimpiya Komitəsi qərar qəbul edib.
Komitə digər namizəd Berlindənsə Hamburqu üstün tutub. Sentyabrda şəhər əhlinin dəstəyini təmin etmək üçün referendum keçiriləcək. 2013-cü ildə məhz bu mərhələdəki referendumda Münhenin 2022-ci il qış olimpiadasına namizədliyindən imtina edilib. Amma indi Hamburqun 2024-cü il olimpiadası uğrunda mübarizədə qələbəsi təmin edilməsə, 2028-ci il Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürüləcək.
Qeyd edək ki, hələlik 2024-cü il olimpiadasına namizədliklərini Boston (ABŞ) və Roma (İtaliya) da təsdiqləyib. Yaxın vaxtlarda Parisin də namizədliyinin irəli sürülməsi planlaşdırılır. Bakının da bu sırada olacağı gözlənilir. Qalib şəhərin adı 2017-ci ildə açıqlanacaq.