
Xizək yarışları üzrə rusiyalı 3 qat paralimpiya çempionu Taras Krıjanovski 35 yaşında dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, bu barədə Rusiya Paralimpiya Komitəsi başsağlığı mətni yayıb.
Tanınmış idmançının ölüm səbəbi bilinmir.
Qeyd edək ki, Taras Krıjanovski 2002 və 2006-cı il Qış Paralimpiya Oyunlarında əlil xizəkçilərin mübarizəsində 3 qızıl medal qazanıb və dəfələrlə dünya çempionu və mükafatçısı olub. O, II dərəcəli "Vətənə xidmətlərinə görə" ordeni ilə təltif edilib, 2006-cü il Turin Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Rusiya yığmasının bayraqdarı olub, 2014-cü il Soçi Qış Paralimpiya Oyunları zamanı isə məşəli daşıyıb.