Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunları üçün ilk gələn milli komandanın adı bəlli olub.
Sportnet.az xəbər verir ki, Yəmən nümayəndə heyəti artıq Konyadadır.
Yəmən Türkiyəyə 18 rəhbər və texniki heyət, eləcə də 34 idmançı ilə qatılıb. Bu ölkə idmanın qılıncoynatma, cüdo, kamandan oxatma, güləş, taekvondo, karate və ağırlıqqaldırma növlərində təmsil olunacaq.
Qeyd edək ki, qardaş ölkədə keçiriləcək bu yarış üçün Azərbaycan da böyük nümayəndə heyəti ilə yola düşəcək.