
Ukrayna rəsmiləri Beynəlxalq Olimpiya Komitəsini (IOC) şantaj edir.
Sportnet.az-ın məlumatına görə, ölkənin idman naziri Vadim Quttsayt Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarını boykot edə biləcəklərini açıqlayıb.
O, Rusiya və Belarus idmançılarının iştirakına icazə veriləcəyi təqdirdə, olimpiadaya qatılmayacaqlarını bildirib.
Qurumun bu barədə IOC-a rəsmi məktub göndərdiyi də vurğulanıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının iyulun 26-dan avqustun 11-dək keçirilməsi planlaşdırılır.