
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin "Paris-2024" Yay Olimpiya Oyunlarındakı qrup matçlarının təqvimi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yığma Olimpiadada ilk görüşünü iyulun 30-da İspaniya seçməsinə qarşı keçirəcək.
Qızlarımızın qrup oyunlarının tarixləri və saatlarını Bakı vaxtı ilə sizlərə təqdim edirik
Oyunların təqvimi
30 iyul
23:00. İspaniya - Azərbaycan
31 iyul
23:30. ABŞ - Azərbaycan
1 avqust
14:30. Azərbaycan - Fransa
20:30.Almaniya - Azərbaycan
2 avqust
11:30. Avstraliya - Azərbaycan
19:30. Çin - Azərbaycan
3 avqust
19:30. Kanada - Azərbaycan
Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupda ilk iki sıranı tutmuş komandalar yarımfinala adlayacaqlar. 3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.
Qeyd edək ki, Paris Olimpiadasında 3×3 basketbol yarışları iyulun 30-dan avqustun 5-dək keçiriləcək