Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Nurməhəmməd Hacıyev qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə,97 kq çəki dərəcəsində yer alan Hacıyev finalda iranlı Amir Mohammadini yenib - 9:2.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 2 qızıl, 1 gümüş medalla başa vurublar.
--------------------------
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Məhəmməd Müslümov gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan Müslümov finalda iranlı Meysam Nəsiriyə uduzub - 3:5.
Bu, sərbəst güləşdə ikinci medal olub.
---------------------------------
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Mahir Əmiraslanov qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov finalda qazaxıstanlı Jandos İsmayılovu məğlub edib.
Bu, sərbəst güləşdə ilk medal olub.
-----------------------------
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, bu gün pəhləvanlar 4 çəki dərəcəsində çıxış edirlər.
Azərbaycan təmsilçilərindən 3-ü görüşlərini böyük üstünlüklə başa vuraraq, finala yüksəlib. Yalnız Cəbrayıl Həsənov (74 kq) ilk görüşündə uduzaraq, mübarizəni dayandırıb.
Sərbəst güləş
57 kq
Final. Mahir Əmiraslanov - Jandos İsmayılov (Qazaxıstan)
1/2 final. Mahir Əmiraslanov - Uzun Nebi (Türkiyə) - 13:2
1/4 final. Mahir Əmiraslanov - Roland Tambi Nforsonq (Kamerun) -tam üstünlüklə vaxtından əvvəl qələbə
65 kq
FİNAL. Məhəmməd Müslümov - Meysam Nəsiri (İran)
1/2 final. Məhəmməd Müslümov - Malik Jan Sadid (Əfqanıstan) - tam üstünlüklə vaxtından əvvəl qələbə
1/4 final. Məhəmməd Müslümov - Mabunda Kumba Mabali (Qvineya-Bissau) - tam üstünlüklə vaxtından əvvəl qələbə
1/8 final. Məhəmməd Müslümov - Aşi İnnosent Abbe (Kot dİvuar) - 11:0
74 kq
1/8 final. Cəbrayıl Həsənov - Peyman Yarəhmədi (İran) - 1:3
97 kq
FİNAL. Nurmaqomed Hacıyev - Amir Mohammadi (İran)
1/2 final. Nurmaqomed Hacıyev - Abdallah Karem (Suriya) - 9:0
1/4 final. Nurmaqomed Hacıyev - Yusup Melejayev (Türkmənistan) - tam üstünlüklə vaxtından əvvəl qələbə
Heydər Əliyev adına İdman Arenası