Ermənistan boksçuları Türkiyənin Samsun şəhərində keçiriləcək olimpiya lisenziyalı reytinq turnirinə qatılacaqlar. Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistanın Milli Olimpiya Komitəsi və Boks Federasiyası birgə qərar verib.
Federasiya və komitənin vitse-prezidenti Derenik Gevorqyan bildirib ki, 7 - 15 apreldə Samsun şəhərində təşkil olunacaq turnirdə iştirak vacibdir. O, nümayəndə heyətinə özünün rəhbərlik, Ermənistanı 9 kişi, 1 qadın boksçunun təmsil edəcəyini söyləyib. Amma D.Gevorqyan 14 - 26 iyunda Bakıda təşkil olunacaq digər təsnifat turnirində iştirak edib-etməyəcəklərini açıqlamayıb.
Qeyd edək ki, daha öncə Ermənistan Boks Federasiyasının prezidenti Artur Gevorqyan ölkə boksçularının Türkiyə və Azərbaycandakı yarışlara qatılmayacaqlarını bildirib.