1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövşən Bayramov: "Uğursuz çıxışım olimpiada ilə bağlı deyil"
"Hazırlıqlar normal səviyyədə davam edir. Əsasən döşək məşqlərinə üstünlük veririk. Kubalı idmançılar da bizimlə birgə toplanışdadırlar. Olimpiadaya 2 aydan artıq vaxt qalıb. Demək olar ki, toplanışı zədəsiz başa vurduq". Bunu Sportnet.az-a açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Rövşən Bayramov deyib.
59 kq çəkidə çıxış edən R.Bayramov ümumilikdə məşqlərin yaxşı keçdiyini, yalnız Saman Təhmasibinin zədələndiyini bildirib: "Gələn ay turnirdə iştirak edəcəyik. Orada iştirak etmək üçün Bakıda hazırlaşacağıq. Demək olar ki, döşək məşqlərini kubalı güləşçilərlə bir yerdə etdik, zəif nöqtələrini öyrəndik. İnanıram ki, dünya çempionatında buraxdığımız səhvləri Yay Olimpiya Oyunlarında təkrarlamayacağıq. Əsas olimpiadada yaxşı formada olmaqdır. Yaxşı formada psixoloji hazırlıq olsa, hər şey yaxşı nəticələnəcək".
Əvvəllər 55 kq çəkidə yarışan 29 yaşlı pəhləvan 59 kq-ın da asan olmadığını söyləyib: "Hər bir çəkinin öz çətinliyi var. Əvvəllər 55 kq və 60 kq idi. İndi isə 59 kq olub. Bir az çətinlik burdadır. Bəzi idmançıların çəkisi çox olduğu üçün müəyyən qədər çətin olacaq. Həyacan getdikcə artır. Artıq üçüncü dəfədir ki, olimpiadada iştirak edəcəyəm. Nəyin bahasına olursa olsun, çalışacağım ki, qalib kimi qayıdım. İki dəfə gümüş medal qazanmışam. Son illərdə uğurla çıxış edə bilmədim. Bu sırf olimpiadanı fikirləşib, digər yarışlara diqqət etməməyim demək deyil. İki il - 2014 və 2015-də zədələndim. 2013 və 2014-də Türkiyədə toplanışda olanda ayağımda problem olmuşdu. Ona görə millidən kənarda qalmışdım".
Yunan-Roma güləşində 59 kq və 66 kq çəkinin daha çətin olduğunu bildirən dnüya və Avropa çempionu bayraqdar məsələsinə də münasibət bildirib: "Bayraqdar məsələsinə mən qərar vermirəm. Bunu rəhbərlik daha yaxşı bilir".
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Rövşən Bayramov 59 kq çəkidə mübarizə aparacaq.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyilə hazırlanıb.