
"Braziliyada Zika virusu təhlükəsi hələ də var. Amma indi altı ay əvvəlkindən daha zəifdir. Yəqin axşamlar hamınız ağcaqanadın mövcudluğunu hiss edirsiniz. Hər kəsə uzunqol köynək geyinmək məsləhət görülüb". Sportnet.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, avqustun 5-dən 21-dək Braziliyada keçiriləcək "Rio-2016" Yay Olimpiya Oyunlarında Zika virusu təhlükəsi ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi tibbi çantalar hazırlanıb: "Üstəlik, ağcaqanadların zəhərini çəkmək üçün xüsusi cihazlar hazırlanıb. Bir balaca ağcaqanada görə, Olimpiadadan imtina etmək düzgün olmaz".