
"Çox xoşbəxtəm ki, mübarizəyə uğurla başladım". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov deyib.
İlk döyüşündə ukraynalı Denis Solonenko üzərində qələbə qazanan bayraqdar bunları bildirib: "Bayraqdar olmağım mənə çox böyük güc, inam verdi. Bu qələbəmi bütün Azərbaycan xalqıma həsr edirəm. Məni dəstəklədiyi üçün hər kəsə minnətdaram".
Qeyd edək ki, 1/8 finalda Teymur Məmmədovun rəqibi Peter Mullenberq (Hollandiya) olacaq. Qarşılaşma avqustun 12-də saat 03:30-da başlanacaq.