Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan belaruslu legioner son təsəlliverici görüşdə tunisli Marva Amri ilə qarşılaşıb.
O, ilk hissədə 1, ikinci hissədə isə 2 xal qazanaraq, önə keçib. Sona doğru Amri ardıcıl fəndlər tətbiq edərək, nəinki fərqi aradan qaldırıb, hətta 3 xal fərqi ilə önə keçib. Tunisli pəhləvan məhz sona 3 saniyə qalmış qələbəni təmin edən xalları əldə edib.
Beləliklə, Yuliya Ratkeviç Azərbaycanın aktivinə 8-ci medalı yazdırma şansını itirib və olimpiadada 5-ci yerlə kifayətlənib.
---------------------------------
Ratkeviçin "bürünc" uğrunda görüşdə rəqibi müəyyənləşdi
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan belaruslu legionerin rəqibi yaponiyalı 3 qat olimpiya və 10 qat dünya çempionu Kaori İço olub.
Görüş İçonun təmiz qələbəsi ilə yekunlaşıb - 10:0.
Beləliklə, finala yüksələ bilməyən Ratkeviç bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edib. Gecə saat 00:45-də başlayan görüşdə onun rəqibi tunisli Marva Amri olub. Yuliya sona 4 saniyə qalmış hesabda üstün olsa da, Stadnik kimi sonda üstünlüyü əldən verib. Rəqib işlətdiyi fəndlə 6:2 hesabı ilə qalib gəlib.
-------------------------------------
19:37. Ratkeviç yarımfinalda məşhur güləşçiyə rəqib oldu - YENİLƏNİR
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan belaruslu legioner 1/4 finalda kolumbiyalı Jaklin Renteria Kastilyonu məğlubiyyətə uğradıb - 7:3.
Yarımfinalda onun rəqibi son 3 olimpiadanın qalibi və 10 qat dünya çempionu, yaponiyalı Kaori İço olacaq.
---------------------------------
Daha bir güləşçimiz 1/4 finalda!
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç ilk görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 1/8 finala təsadüf edən qarşılaşmada rəqib ukraynalı Oksana Herhel olub.
Ratkeviç görüşün sonlarınadək 3:0 hesabı ilə öndə olsa da, rəqibi ardıcıl xallarla irəli çıxıb. Bununla belə, son saniyələrdə azərbaycanlı güləşçi daha bir fənd tətbiq edərək, qələbəni təmin edib - 7:5.
1/4 finalda onun rəqibi kolumbiyalı Jaklin Renteria Kastilyo olacaq.