Yunan-Roma növü üzrə Azərbaycan güləş yığması Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında fərqlənib. Sportnet.az-ın məlumatına görə, yığmamız Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında ilk üçlükdə yer alıb.
Komanda hesabında 26 xal toplayan yığmamız 3-cü olub. Rusiya 33 xalla 1-ci, Kuba 29 xalla 2-ci yeri tutub. Bu nəticə ilə yunan-Roma güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 7-yə çatdırıb. Bunlardan 1-i qızıl, 3-ü gümüş, 3-ü bürünc əyarlıdır.
Milli komandamız 5 güləşçi ilə təmsil olunduğu "Rio-2016"da 2 bürünc medalla başa vurub. Bunlar Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) sayəsindəreallaşıb. Rövşən Bayramov isə olimpiadanı 5-ci sırada tamamlayıb.
Medal sıralamasına görə yığmamız İranla 9-10-cu yerləri bölüşüb. İlk pillədə 2 qızıl və 1 gümüş medalla Kuba, ikinci sırada isə 2 qızıl və 1 bürünc medalla Rusiya yığması qərarlaşıb.