Azərbaycan bədii gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı idmançı bu nailiyyətə fərdi çoxnövçülük yarışında imza atıb.
O, halqa, top, lent və gürzlə hərəkətlərin cəmində 70,348 xal toplamağa müvəffəq olub. Bu nəticə ilə Durunda 8-ci yeri tutub və ilk "10-luğ"a düşdüyü üçün finala vəsiqə qazanıb.
--------------------------------------
Azərbaycan bədii gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük üzrə təsnifat mərhələsində ikinci çıxışını edib.
Sportnet.az-ın məlumatına görə, Durunda topla hərəkətdə hakimlərdən 17,466 bal alıb.
Hazırda o, 3-cü pillədə qərarlaşıb.
-------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılıb. Sportnet.az-ın məlumatına görə, təmsilçimiz yarışa həlqə ilə hərəkətlə başlayıb və uğurla çıxış edib.
Xalçaya 3-cü çıxan gimnastımız hakimlərdən 17,466 xal alıb. Bu nəticə ilə o, belaruslu Katerina Halkina (17,733) və həlqə ilə hərəkətdə ABŞ təmsilçisi Laura Zenqdən (17,666) sonra 3-cü olub.
Qarşıda durundanı daha 3 çıxış gözləyir.
----------------------------------------------
Bu gün Azərbaycanın bədii gimnastı Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılacaq. Sportnet.az-ın məlumatına görə, təmsilçimiz mübarizəyə Bakı vaxtilə saat 17:20-da başlayacaq. Yarışda 26 idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda finalçılar müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.