"Neftçi" PFK-nın təlim-məşq bazasında Müşahidə Şurasının növbəti iclası keçirilib. Sportnet.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş iclasda klubun gələcək fəaliyyəti, perspektiv planlar, seleksiya prosesi və "Neftçi" PFK-nın Avropa Liqasındakı çıxışı ilə bağlı ətraflı müzakirələr aparılıb.
Toplantıda "Neftçi" PFK-nın Avstriyada keçiriləcək təlim-məşq toplanışına və Avropa Liqasının təsnifat mərhələsi oyunlarına baş məşqçi Samir Əliyevin rəhbərliyi altında çıxması barədə qərar qəbul edilib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |