"Bakı 2015" I Avropa Oyunlarında güləşin 53 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Anjela Doroqan finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, o, yarımfinalda moldovalı Nataliya Budunu məğlub edib.
Görüş 7:2 hesabı ilə başa çatıb.
58 kq-da mübarizə aparan İrina Netreba isə qızıl medala gedən yolda uduzub. O, macarıstanlı idmançı Emese Barka ilə görüşdən 2:5 hesablı məğlubiyyətlə ayrılıb. İ.Netreba bürünc medal uğrunda yarışda türkiyəli Elif Jale Yeşilırmakla döşək üzərinə çıxacaq.
75 kq çəkidə mübarizə aparan Gözəl Zutova da məğlubiyyətlə üzləşib. O, ukraynalı Oksana Vaşçukaya uduzub - 2:4.
XXX
Azərbaycanın qadın güləşçisi Anjela Doroqan "Bakı 2015" I Avropa Oyunlarının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, 53 kq çəkidə mübarizə aparan qadın pəhləvan türkiyəli Merve Kengeri məğlub edib.
O, 8:2 hesablı qələbəyə sevinib. Doroqanın 1/4 finaldakı rəqibi macarıstanlı Denes Mercedeszolacaq. Görüşə saat 11:17-də start veriləcək.
XXX
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında 63 kq çəkidə təmsil edən qadın güləşçi Elmira Qəmbərova ilk görüşdə məğlub olub. Sportnet.az-ın məlumatına görə, o, isveçli Henna Cohanssanla görüşüb.
Yarışın sonunda isveçli qadın pəhləvan 4:0 hesablı qələbə qazanıb.
XXX Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşi üzrə yarışda Azərbaycanın 4 pəhləvanı çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, dördüncü yarış günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizə aparır.
53 kq
1/8 final - Merve Kenger (TUR) - Anjela Doroqan
58 kq
1/8 final - Carola Rainero (ITA) - İrina Netreba 4:6
1/4 final - Mimi Hristova (BUL) - İrina Netreba
63 kq
1/8 final - Elmira Qəmbərova - Henna Johansson (SWE) 0:4
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.