1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
DÇ-2014-də növbəti hakim qalmaqalı
DÇ-2014-də növbəti hakim qalmaqalı baş verib. Sportnet.az-ın məlumatına görə, bu dəfə Ekvadorun Hondurası 2:1 hesabı ilə yendiyi matçda avstraliyalı referi Benjamin Uilyamsın qərarı ciddi müzakirələrə səbəb olub.
Matçın sonlarında honduraslı futbolçu Cerri Benqson toru silkələsə də, baş hakim ofsayd və topun əllə vurulduğunu qeydə alıb. Benqson etiraz etdikdə isə önündə sarı vərəqə görüb.
Amma bununla ara soyumayıb. Benqsonun komanda yoldaşı Karlos Kostli referini sərt tənqid edib: "Hakimlik məsələsi FİFA-nın işidir. Məhz onlar hakimləri bu və digər oyunlara təyin edirlər. Hamı səhvlərin çox olduğunu gördü. Bu səhvlər təkcə bizim oyunda deyildi. Deməli, bir çox hakim öz vəzifəsinin öhdəsindən gələ bilmir".
Qeyd edək ki, Ekvadorla görüşdə Hondurasın yeganə qolunun müəllifi məhz Karlos Kostli olub.