Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə 97 kq çəkidə Azərbaycanı təmsil edən Xetaq Qazyumov polşalı Radoslav Barana qalib gəlib. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı pəhləvan döşəyi 10:0 hesablı qələbə ilə tərk edib. Onun 1/4 finaldakı rəqibi moldovalı Nikolay Seban olacaq.
57 kq-da isə Yaşar Əliyev rəqibini üstələyib. Azərbaycan idmançısı fransalı Zoheyr El Ouarraqe görüşdən qalib ayrılıb - 9:4.
Yaşar Əliyevin növbəti mərhələdə rəqibi Ermənistanı təmsil edən Qarik Barseqyan olacaq.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə 97 kq çəkidə Azərbaycanı təmsil edən Xetaq Qazyumov polşalı Radoslav Barana qalib gəlib. Sportnet.az-ın məlumatına görə, azərbaycanlı pəhləvan döşəyi 10:0 hesablı qələbə ilə tərk edib.
Onun 1/8 finaldakı rəqibi moldovalı Nikolay Seban olacaq.
57 kq-da isə Yaşar Əliyev rəqibini üstələyib. Azərbaycan idmançısı fransalı Zoheyr El Ouarraqe görüşdən qalib ayrılıb - 9:4.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov növbəti mərhələyə yüksəlib. O, 65 kq çəkidə rusiyalı İlias Bekbulatova qalib gəlib.
Görüş Azərbaycan təmsilçisinin 8:7 hesablı qələbəsi ilə yekunlaşıb. T.Əsgərovun 1/8 final mərhələsindəki rəqibi moldovalı Mihail Sava olacaq. Pəhləvanlar saat 10:56-da döşək üzərinə çıxacaqlar.
XXX
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Sportnet.az-ın məlumatına görə, dörd çəki dərəcəsində keçiriləcək yarışlarda Azərbaycan bütün çəki dərəcəsində bir pəhləvanla təmsil olunacaq.
57 kq çəkidə Yaşar Əliyev saat 10:35-də döşək üzərinə çıxacaq. Onun rəqibi fransalı Zoheyr El Ouarraqe olacaq. 65 kq mübarizə aparan Toğrul Əsgərov rusiyalı İlias Bekbulatovla üz-üzə gələcək. Pəhləvanlar saat 10:14-də yarışacaqlar.
Azərbaycanın digər təmsilçisi Cəbrayıl Həsənov saat 11:10-da mübarizəyə qoşulacaq. 74 kq-da güləşən C.Həsənov macarıstanlı Mihaly Naqiyə üstün gəlməyə çalışacaq. 97 kq çəki dərəcəsində çıxış edəcək Xetaq Qazımovun rəqibi isə polşalı Radoslav Barandır. Bu cütlüyün güclüsü saat 10:21-də başlayacaq mübarizədə məlum olacaq.
Qeyd edək ki, kişilər arasında sərbəst güləş yarışı 2 gün davam edəcək.