"Bakı 2015” Avropa Oyunlarında 65 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Toğrul Əsgərov finalda italiyalı Frank Çamizo Markes üzərində təmiz qələbə qazanaraq qızıl medala sahib olub. Sportnet.az-ın məlumatına görə, görüşü Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvləri də izləyib.
Onlar T.Əsgərovu ayaq üstə alqışlayıblar.
Onlar T.Əsgərovu ayaq üstə alqışlayıblar.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında medal görüşləri başlayıb. Azərbaycan təmsilçilərindən əvvəlcə 57 kq çəki dərəcəsindəki Yaşar Əliyev xalça üzərinə çıxıb.
O, türkiyəli Sezar Akgüllə qarşılaşmada 3:8 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib. Bürünc medala isə S.Akgül sahib olub.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında bu gün mübarizəyə qoşulan Azərbaycanın 4 sərbəst güləşçisindən 2-si finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, bunlar olimpiya çempionu Toğrul Əsgərovla dünya çempionu Xetaq Qazyumovdur.
T.Əsgərov (65 kq) yarımfinalda belaruslu Azamat Nurkaunu məğlub edib - 7:2. Onun finaldakı rəqibi italiyalı Frank Çamizo Markes olacaq.
X.Qazyumov (97 kq) isə yarımfinalda rusiyalı Abdusalam Qadisovu 4:2 hesabı ilə məğlub edib. O, qızıl medal uğrunda gürcüstanlı Elizbar Odikadze ilə güləşəcək.
Yaşar Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal üçün yarışacaqlar. Y.Əliyev yarımfinalda rusiyalı Viktor Lebedevə 1:3 hesabı ilə məğlub olub. Onun üçüncülük mübarizəsindəki rəqibi ukraynalı Taras Markoviç və türkiyəli Sezar Akgül cütünün qalibi olacaq. C.Həsənov isə bolqarıstanlı Kiril Tərziyevlə üz-üzə gələcək.