1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015"in bağlanış mərasimi fərqli olacaq"
"Dünənki yarışlar da çox uğurlu keçib. Həmçinin yarışlar dünyaya çox yüksək səviyyədə yayımlandı. İyunun 18-də müxtəlif 14 məkanda 7 idman növü üzrə yarışlar baş tutub". Sportnet.az-ın məlumatına görə, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq keçirdiyi mətbuat konfransında deyib.
"Artıq Bilgəh çimərliyi ənənəvi funksiyalarına qayıdacaq. Suya tullanma uğurlu alındı. Hətta orada tamaşaçılar üçün əlavə sektorlar açılıb. Belə ki, suya tullanma məkanında 1600-dan çox əlavə yer təmin olunmuşdu", - o bildirib.
S.Kleq qeyd edib ki, bu gün velosipedçilər yolla tanış olacaqlar: "Ona görə də sabahdan Bakıda bəzi yollar bağlı olacaq. Qadınlar arasında velosipedçilərin yarışı sabah baş tutacaq. Bakıda sabah üçün küləkli hava proqnozlaşdırılır. Bu da velosipedçilərə təsir edə bilər. Təbii ki, yollardakı məhdudiyyət müəyyən vaxtı əhatə edəcək".
Baş direktor bildirib ki, bu gün 12 idman növü üzrə yarışlar təşkil olunacaq: "Bu gün həm stolüstü tennis, həm də taekvando üçün son gündür. Oyunlar bitdikdən sonra həmin məkanlar badminton və digər idman növləri üçün hazırlanacaq".
O, I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsindən məmnun qaldığını bildirib: "Birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar sirrləri aça bilməyəcəm. Sadəcə onu deyə bilərəm ki, bu mərasim açılışdan fərqli olacaq. Hətta səhnə fokusu da fərqlənəcək. Mən çox məmnunam. Qısa müddət ərzində görülən işlərin nəticəsidir ki, hər şey insanların ürəyincədir. Bütün günü pərdə arxasındakı işlərlə maraqlanıram. Jurnalistlərin və bir çoxlarının görmədikləri məkanlara baş çəkirəm. Pərdə arxasında çox gərgin iş gedir. Bütün əziyyəti keçən insanlara dərin təşəkkürümü çatdırıram. Çünki çox nümunəvi iş görürlər. Ümumilikdə çox məmnunam və fəxarət hissi keçirirəm ki, Oyunlar məhz burada keçirilir.
Tamaşaçıların iştirakından da məmnunam. Baxmayaraq ki, bu, Azərbaycan üçün yeni bazardır. Belə bir tədbirlərə bilet almaq ənənəsi tədricən insanlara aşılanır. Ona görə də yaxşı plan tərtib etmişdik. Biletlərin qiyməti ucuzdur. Hətta 16 yaşına qədər olan uşaqlar məkanlara pulsuz buraxılırlar. Eyni zamanda, fiziki cəhətdən məhdudiyyətləri olan şəxslər də yarışları pulsuz olaraq canlı izləyə bilərlər".