DÇ-2014-ün 11-ci oyun günündə II turun son 3 matçı keçiriləcək. Sportnet.az-ın məlumatına görə, əvvəlcə H qrupunda yer alan Belçika və Rusiya yığmaları üz-üzə gələcəklər.
İlk turda Əlcəzair üzərində əzmkar qələbə qazanan Belçika Cənubi Koreya ilə xalları yarı bölən şimallılara da eyni aqibəti yaşatsa, 1/8 finala vəsiqəni təmin edəcək. Rusiya isə hətta qalib gələcəyi təqdirdə, pley-offa yüksəlmək üçün 3-cü turun oyunlarını gözləməli olacaq.
H qrupunun növbəti görüşündə Cənubi Koreya Əlcəzairi sınağa çəkəcək. Asiyalılar cütlüyün favoriti kimi göstərilsələr də, Belçikaya kifayət qədər baş ağrısı yaratmağı bacaran Əlcəzairin bu görüşdə də asan təslim olmayacağını proqnozlaşdırmaq olar.
Gecə saat 3-də isə G qrupunda mübarizə aparan ABŞ və Portuqaliya qarşılaşacaq. İlk turda Almaniyadan alınan böyük hesablı məğlubiyyət portuqaliyalıları ikiqat əzmlə vuruşmağa sövq edəcək. ABŞ isə artıq bu gecə adını 1/8 finala yazdıra bilər. Bunun üçün Qananın arından Portuqaliayanı da məğlub etmək lazımdır.
21:00. H qrupu. Belçika - Rusiya - 1:0
Rio-de-Janeyro şəhəri. "Marakana" stadionu
Baş hakim: Feliks Brix (Almaniya)
24:00. H qrupu. Cənubi Koreya - Əlcəzair - 2:4
Portu-Alleqri şəhəri. "Beyra Rio" stadionu.
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
03:00. G qrupu. ABŞ - Portuqaliya - 2:2
Manaus şəhəri. "Amazoniya stadionu"
Baş hakim: Nestor Pitana (Argentina)
Sportnet.az ənənəsinə sadiq qalaraq, hər 3 oyundan canlı reportaj təqdim edəcək. Reportajlarla ONLİNE bölməsində tanış ola bilərsiniz...
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |