Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında 15-ci qızıl medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, bu nailiyyətə 81 kq çəki dərəcəsindəki boksçu Teymur Məmmədov imza atıb.
22 yaşlı idmançı finalda italiyalı Valentino Manfredonianı məğlub edib - 3:0. Görüşü Azərbaycan prezidenti İlham Əliyev ailə üzvləri ilə birgə izləyib. Qarşılaşmanın ardından dövlət başçısı boksçumuzu mükafatlandırıb.
Qeyd edək ki, bu, Azərbaycanın boks növündə 4-cü, ümumilikdə 43-cü medalı olub. Daha öncə təşkilatçı ölkə boksçularından Anna Əlimərdanova (54 kq), Tayfur Əliyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medal qazanıb.