1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şaxtyor"un kapitanı "Neftçi"ni təriflədi
Ukrayna "Şaxtyor"unun futbolçusu Aleks Teyşeyra "Neftçi" ilə Avstriyadakı yoldaşlıq görüşü barədə danışıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında yeni mövsümdə ilk matçı yaxşı keçirdiklərini bildirib.
O, əla start münasibətilə öz komandasını təbrik edib və belə davam etmələrini arzulayıb. Meydana kapitan sarğısı ilə çıxmış Teyşeyra qarşılaşmanın asan keçmədiyini vurğulayıb: "Çünki bu, yalnız təlim-məşq toplanışının başlanğıcıdır. Məşqlərə bu yaxınlarda başlamışıq. Rəqibə də layiqli qiymət vermək lazımdır. "Neftçi" yaxşı təsir bağışladı, aqressiv çıxış etdi. Bizə gəldikdə, meydanda çoxlu yeni oyunçu vardı. Siz başqa "Şaxtyor" gördünüz. Çoxlu qeyri-adi kombinasiya oldu ki, bu da gözəl idi. Həmişə beyində bir neçə variant saxlamaq lazımdır. Çünki meydanda nəyin baş verəcəyini heç vaxt bilmirsən. Üstəlik, "Şaxtyor"un necə oynadığını və gedişlərini artıq hamı bilir. Buna görə də rəqiblərə süpriz etmək üçün nə isə yeni bir şey fikirləşmək lazımdır".
"Sambaçı" Şaxtyor"un heyətində Karavayev, Malışev və Qrini yaxşı oyunu ilə fərqləndirib. O, yeganə qolun müəllifi Bolbatın da adını çəkib. Amma Teyşeyra daha çox Karavayevi bəyəndiyini vurğulayıb.