Rusiya Futbol İttifaqının üzvü Sergey Anoxin I AVropa Oyunlarında çimərlik futbolçu oyunları çərçivəsində keçirilən Rusiya - Portuqaliya (2:1) matçının hakimləri ilə bağlı danışıb. Sportnet.az-ın məlumatına görə, görüşdə rusiyalı futbolçu Dmitriy Şişin meydan qovulub, oyun ərzində isə cəmi 2 dəfə POrtuqaliyanın qapısına cərimə zərbəsi təyin edilib.
Anoxin bildirib ki, hakimin idarəçiliyi ilə bağlı UEFA-ya şikayət edəcəklər: "Düzünu desəm uzun müddət idi ki, bu turnirdə olduğu kimi hakim ədalətsizliyi ilə qarşılaşmamışdım. Başa düşə bilmirəm ki, belə hakimləri hardan gətirirlər və orada cəza sistemi necə işləyir. Bu yalnız mənim fikrim deyil, bir çox beynəlxalq futbol mütəxəssislərinin fikridir. Heç kim hakimin qərarlarını başa düşmür. Biz bu məsələ belə qalmasın deyə müəyyən addımlar atacağıq. Bir mənalı olaraq UEFA-ya şıkayət edəcəyik.
UEFA-nın çimərlik futbolu və hakimlər komitəsində çalışan nümayəndələrimiz bu məsələni müzakirə mövzusuna çevirməlidirlər. Və bu məsələni mən Moskvaya qayıdan kimi gündəmə gətirəcəm. Biz başa düşməliyik ki, hakimlər bizə qarşı niyə belə edib".
Qeyd edək ki, Rusiya millisi finalda İtaliya ilə qarşılaşacaq.