1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kaxaber Tsxadadze: "İnter" Avroliqada 2 mərhələ keçmək iqtidarındadır"
Futbol üzrə Gürcüstan millisinin baş məşqçisi Kaxaber Tsxadadze sabiq komandası Bakı "İnter"inin Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə Albaniyada "Laçi"yə qarşı görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılmasına münasibət bildirib. 47 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında bu nəticəni təbii qarşıladığını vurğulayıb.
K.Tsxadadze deyib ki, bu, son 5 ildə apardıqları işlərin və uğurlu nəticələrlə UEFA əmsallar cədvəlində yüksək reytinq toplamalarının nəticəsidir: "Məhz yüksək reytinq səbəbindən "İnter"ə Avropa Liqasının ilk 2 mərhələlərində münasib rəqib düşüb. Mən keçmiş komandamın III təsnifat mərhələsinədək irəliməyə qadir olduğunu düşünürəm".
Qeyd edək ki, "İnter"lə "Laçi" arasındakı cavab görüşü iyulun 9-da Bakıda təşkil olunacaq. Qalib komanda II təsnifat mərhələsində SJK(Finlandiya) - "Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.