AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Neftçi", "İnter" və "Qəbələ" klublarının oyunlarını izləyəcək. Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov bildirib.
O deyib ki, Çempionlar Liqasının II təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ"ın Monteneqro "Rudar"ı ilə ilk qarşılaşmasını Böyükağa Hacıyev izləyəcək. Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda baş tutacaq "Mladost" - "Neftçi" görüşünə baxmağa Ağasəlim Mircavadov gedəcək. Bakıda və Qəbələdə keçiriləcək "İnter" - "Laçi" (Albaniya) və "Qəbələ" - "Dinamo" (Tiflis) oyunlarını isə Vaqif Sadıqovla Şakir Qəribov izləyəcək.
Qeyd edək ki,
Avropa Liqasındakı qarşılaşmalar iyulun 9-da, "Qarabağ" - "Rudar" matçı iyulun 15-də keçiriləcək.