1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Simurq"un sağ qanadı qırıldı
Maliyyə problemi yaşayan Zaqatalanın "Simurq" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun icraçı direktoru Vaqif Əliyev bildirib.
O deyib ki, kapitan İlkin Qırtımovun transfer vərəqəsi özünə verilib. Bundan sonra 25 yaşlı sağ cinah müdafiəçisi istədiyi komandaya keçə bilər.
Öz növbəsində gələcək karyerası ilə bağlı açıqlama verən İ.Qırtımov 2 yerli klubla danışıq apardığını bildirib: "Hazırda "İnter" və "Zirə" ilə danışıqlar davam edir. Hələ dəqiq qərar verməmişəm. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək və hansı uyğundursa, o komandada da çıxış edəcəyəm".
Qeyd edək ki, İlkin Qırtımov "Simurq" klubunun yetirməsidir və 2009-cu ildən əsas heyətdə çıxış edir.