"Qəbələ" və Tbilisi "Dinamo"su arasında yaxşı oyun olacaq. Hər iki komandaya bu mərhələni keçmək lazımdır. Hər iki komandanın savadlı baş məşqçiləri, təcrübəli futbolçuları
var". Bu sözləri Sportnet.az-a açıqlamasında əvvəllər Azərbaycan klublarında çıxış
etmiş gürcüstanlı futbolçu Nuqzar Kvirtiya deyib.
O, iyulun 9-da Avropa Liqasının I
təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək iki komandanın şanslarını dəyərləndirib: "Qəbələ" rəqib meydanın qol vurduğu
üçün yaxşı şans əldə edib. "Dinamo"nunsa müdafiədə oturacağını düşünmürəm. Bu komandanın heyətində Azərbaycan komandalarına çox yaxşı tanış olan Aleksandr İaşvili
var".
Kvirtiya Gürcüstanda
keçirilmiş ilk matçda yerli azarkeşlərin Azərbaycan bayrağına və ərazi bütövlüyünə qarşı etdikləri sayqısızlıq barədə də fikirlərini dilə gətirib:
"Məncə, bu, açıq-aşkar təxribat idi. Hər iki komandanın tərəfdarlarını sərt hərəkətlərdən uzaq olmağa çağırıram. Bilmirəm, separatçı banner asan azarkeşlər nə istəyirlər. Lakin futbolu siyasətə qatmaq olmaz".
Qeyd edək ki, "Qəbələ" - Dinamo" matçı 9 iyulda 20:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.