1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kaxaber Tsxadadzedən "İnter"ə təbrik
"Oyun çətin keçdi. Uşaqlar yorulmuşdular". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Albaniya "Laçi"si ilə 0:0 hesablı heç-heçə ilə nəticələnən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
O, iki oyunun yekununda komandasının mərhələ adlaması münasibətilə hamını təbrik edib: "Bütün futbolçularımdan razıyam. Onlar əllərindən gələni etdilər. Növbəti mərhələyə çox ciddi hazırlaşacağıq. Bəzi yeni transferlərimiz bizə kömək edə biləcək".
Svanadze oyundan sonra "İnter"in sabiq baş məşqçisi, hazırda Gürcüstan millisinə rəhbərlik edən Kaxaber Tsxadadzenin ona zəng edərək, təbriklərini çatdırdığını da əlavə edib.
Qeyd edək ki, "İnter" səfərdə 1:1, evdə 0:0 hesablı heç-heçəyə nail olub. "Bankirlər" məhz səfər qolu sayəsində mərhələ adlayıb.