
"Qəbələ" klubunun Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Serbiyanın "Çukariçki" komandasıdır.
"Çukariçki" I təsnifat mərhələsinin cavab görüşündə Sloveniya "Domjale"si ilə qolsuz heç-heçə edib. Lakin ilk matçda səfərdən 1:0 hesablı qələbə ilə ayrıldığından, Serbiya təmsilçisi mərhələ adlayıb.
Qeyd edək ki, "Qəbələ" ilkin mərhələdə Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını üstələyib - 1:2, 2:0. "Çukariçki" ilə ilk görüş iyulun 16-da, cavab oyunu isə iyulun 23-də olacaq.