Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" - "Dinamo" Tbilisi arasında keçirilən cavab oyununda yerli azarkeşlərin Gürcüstan bayrağını yandırması və üzərində "Burchali is ancient Azerbaijan land" ("Borcalı - qədim Azərbaycan torpağıdır)"Sarvan no Marneuli", "Bostandere No Rustavi" и "Choruk Gemerli! No Bolnisi!" yazılı pankratlar asmasına görə Tiflis klubu UEFA-ya şikayət edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun direktoru Nikoloz Cqarkava ölkə mətbuatına açıqlamasında bildirib.
Onun sözlərinə görə, klub öz mövqeyini ortaya qoyaraq ərizə yazacaq. Cqarkava hadisə ilə bağlı UEFA-nın xəbərdar olmasının mütləq olduğunu bildirib.
Qeyd edək ki, bütün bunlara səbəb Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Tiflisdə yerli azarkeşlərin Azərbaycan bayrağına hörmətsizlik etməsi və ölkənin əleyhinə olan şüarlardan istifadə edlməsi olub.