Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "İnter" - "Hafnarfyördur" (İslandiya) oyununun stadionu UEFA-nın rəsmi saytında "İnter Arena" yox, "Şəfa" göstərilib. Klubun mətbaut xidmətindən Sportnet.az-a verilən açıqlamada məsələyə aydınlıq gətirilib.
Klubdan bildirib: "UEFA-da həmişə "Şəfa" stadionu kimi gedib deyə, elə yazıblar. Daxil oyunlarda "İnter Arena", beynəlxalq oyunlarda isə "Şəfa" stadionu yazılır. Necə ki, beynəlxalq oyunlarda "8 km" stadionu, daxili oyunlarda "Bakcell Arena" yazılışı qəbul olunub. Stadionumuzun UEFA tərəfindən "İnter Arena" adlandırılması üçün əlavə lisenziyalaşdırma olmalıdır".
Qeyd edək ki, iyulun 23-də keçiriləcək "İnter" - "Hafnarfyördur" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.