Premyer Liqanın 15 qolla bombardiri olmuş Nurlan Novruzovun karyerasını Türkiyənin I dəstəsində davam etdirəcəyinə aydınlıq gəlib. Sportnet.az-a daxil olan məlumata görə, o, "Boluspor"la artıq müqavilə bağlayıb.
Onun müqaviləsinin müddəti 2 illikdir. İmzalanma mərasimi təxminən 3 gün əvvəl "Boluspor"un bazasında baş tutub.
Qeyd edək ki, onun bir müddət əvvəl Türkiyənin digər I dəstə klubu "Elazığspor"a keçidi gündəmdə idi. Lakin sonradan bu keçid baş tutmamışdı.