
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin yeni klubu müəyyənləşib. Sportnet.az-ın "Doğan" agentliyinə istinadən məlumatına görə, serb əsilli hücumçu karyerasını Türkiyənin I Liqasında çıxış edən "Bucaspor"da davam etdirəcək.
32 yaşlı forvard ötən mövsümü "Orduspor"da keçirib. "Bucaspor" rəhbərliyi onunla danışıqlar masası arxasına oturaraq, böyük ölçüdə razılığa gəlib. Azərbaycan vətəndaşlığı olduğundan, Subaşiç I Liqada legioner sayılmayacaq.
Qeyd edək ki, Branimir Subaşiç ötən mövsüm "Orduspor"da 32 oyuna 8 qol vurub.