
AFFA-nın Məşqçilər Komitəsinin üzvləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçilərimizin keçirəcəyi oyunları izləyəcəklər. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər verib.
Şakir Qəribov "Çukariçki” (Serbiya) – "Qəbələ” (Azərbaycan) oyununu izləmək üçün Belqrada, Böyükağa Hacıyev isə "Hafnarfyordur” (İslandiya) – "İnter” (Azərbaycan) matçına baxmaq üçün Hafnarfyordura səfər edəcək.
Qeyd edək ki, oyunlar 16 iyulda keçiriləcək.