"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Monteneqro "Rudar"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransı keçirib. Sportnet.az 43 yaşlı mütəxəssisin fikirlərini təqdim edir.
"Bu turnirin yeri başqadır. Bu, digər turnirlərdən fərqlənir. Ötən il daha uğurlu nəticə əldə etməyə çalışdıq. Düşünürəm ki, uğurlu il keçdi. Bu il isə istər istəməz məndən və komandadan daha çox şey tələb edirsiniz.
Çalışdıq ki, komandanı normal səviyyəyə gətirək. Tam istədiyimiz kimi alınmadı. Amma pis hazırlaşmamışıq.
Rəqibə gəldikdə, düşünmədiyimiz rəqibdir. Oyunlarına baxsaq da, tam istədiyimiz kimi tanımadıq. 5 yeni oyunçu alıblar. Müəyyən dəyişikiklər var. Topla oynamağı sevən komandadır. Bu, bizə problem yarada bilər. Biz rəqibi nə qədər analiz etsək də, onu ilk oyundan sonra tanıyırıq. Ona görə də ilk matç daha çətin olacaq. Ciddi rəqibə qarşı oynayacağıq. Daha az səhv etməyə və dəyişikliklər lazım olsa, oyunun gedişində etməyə çalışacağıq. Yaxşı oyun və yaxşı nəticə ilə oyunu başa vurmağa çalışacağıq.
- Start heyətini müəyyənləşdirmişik. Xəstəlik, digər problem olmasa, həmin heyət meydana çıxacaq.
Biz əlimizdəki futbolçularla hazırlaşdıq. Transfer bazarı elədir ki, oyunçu tapmaq çətindir. Türkiyə və Rusiyada legioner limitini götürüblər. Nə qədər axtarsaq da, azad transfer tapa bilmədik. Əsas odur ki, düşündüyümüz kimi futbolçu olsun.
Təcrübəmiz daha çoxdur. Bu bizə kömək edə bilər. Bəzi futbolçularımızla yollarımızı ayırdıq. Əvəzində gənc oyunçular və yeni legionerlər götürdük. Nə qədər uğur qazansaq da, yaxşı transferə ehtiyac olur.
Çalışmışam ki, oyun tərzini dəyişməyim, əksinə daha da yaxşılaşdırım. Futbolçular da hansı sistemdə oynamalı olduqlarını bilirlər. Reynaldoya qarşı hər oyundan sonra rəqib daha ciddi olur. Bizim üçün ən doğrusu onun idman formasını yaxşı saxlamaqdır.
Mən həmişə həqiqəti deməyə çalışıram. Bu rəqibin nə dərəcədə topla davranmağı xoşladığını və standart vəziyyətlərdən yararlandıqlarını sabah görəcəksiniz.
Orucluğa görə heç kimə qadağa qoymuram. Bu, futbolçuların özlərindən asılıdır.
Mahir Mədətov marağımızdadır. Yarım ildir istəyirik. Amma "Bakı" rəhbərliyinin fikri də bizim üçün əsasdır".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |