1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maksim Medvedev: "Bəxtimiz gətirdi ki, qol buraxmadıq"
"Rudar" özünü yaxşı tərəfdən göstərdi. İlk vaxtlarda rəqibin qapısı ağzında qol epizodları yarada bilmədik. Hiss olunurdu ki, oyunumuzu yaxşı analiz ediblər və müdafiə futbolu seçiblər. Cavab oyununda fərqli futbol sərgiləməyə çalışacağıq. Artıq açıq futbol oynayacağıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Monteneqro "Rudar"ı ilə matçdan sonra deyib.
25 yaşlı müdafiəçi 0:0 hesabı ilə bitən görüş haqda bunları bildirib: "Oyunda qol çatmadı. Bizdə hansısa futbolçu zədələnib, yerində başqası çıxış edəndə oyun sistemi dəyişir. Göründüyü kimi bəzi nöqtələrdə futbolçu çatışmırdı. İnanıram ki, qarşıdan gələn oyunda bu hiss olunmayacaq və futbolçular məşqçinin tapşırıqlarını düzgün şəkildə yerinə yetirəcəklər. Cavab oyununda şanslar 50-50-dir. Rəqib bizdən biraz çəkinirdi, elə müdafiəyə oturmuşdular. Bəxtimiz gətirdi ki, qol buraxmadıq. Səfərdə isə biz qol vursaq üstünlük olacaq".
Medvedev "Ötənilki "Qarabağ"la builki "Qarabağ" arasında nə kimi fərq var?" sualına isə belə cavab verib: "Fərqi kənardan baxanlar görə bilər. Futbolçuyam, mənim üçün eynidir. Sadəcə, heyətdə bir az dəyişiklik olub deyə fərqli futbol sərgiləyirik. Məsələn, Muarem başqa futbol göstərirdi, Dani isə bu gün başqa futbol nümayiş etdirdi. Ona görə oyunçular bir-birinə uyğunlaşmalıdırlar".