Avropa Liqasında mübarizə aparan Azərbaycanın hər iki klubu – "Qəbələ” və "İnter” III təsnifat mərhələsinə vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, təmsilçilərimiz ikinci təsnifat mərhələsinin cavab oyununu Bakıda keçirib.
"Bakcell Arena”da Serbiyanın "Çukariçki” komandasını qəbul edən "Qəbələ” 2:0 hesabı ilə qələbə qazanıb. "İnter” növbəti mərhələyə vəsiqəni əlavə vaxtda əldə edib. İslandiyada "Hafnarfyordur”u 2:1 hesabı ilə məğlub edən "İnter” cavab qarşılaşmasının əsas vaxtında eyni hesabla uduzduğu üçün əlavə vaxt oynanılıb. Həmin müddət ərzində daha bir qol vuran Bakı təmsilçisi üçüncü mərhələyə adlayıb.
"İnter”in növbəti mərhələdə rəqibi İspaniyanın "Atletik” klubu olacaq. "Qəbələ” isə Kiprin "Apollon Limassol” komandası ilə qarşılaşacaq.
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Milivoye Stankoviç, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov (kap.), 19. Aleksey Qay, 66. Samir Zərgərov, 9. Sergey Zenyov, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 21. Arif Daşdəmirov, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 10. Dodo
Baş məşqçi: Roman Qriqorçuk
Ehtiyat oyunçular: 1. Petriç, 5. Ranceloviç, 10. Matiç, 20. Obenq, 7. Mandiç, 19. Yovanoviç, 30. Mirosavlyeviç
Qol: Abbas Hüseynov, 45. Rauf Əliyev, 91 - Torarin Valdimarsson, 47. Kristyan Floki Finnboqason, 52
Qırmızı vərəqə: Kristyan Floki Finnboqason, 55 ("Hafnarfyördur")
Bakı, "İnter Arena"
"Hafnarfyördur": 12. Kristyan Finnoboqason, 4. Sem Tillen, 5. Petur Vidarsson, 20. Kassim Dumbia, 26. Conatan Hendriks, 8. Emil Palsson, 9. Torarin Valdimarsson, 10. David Vidarsson (kap.) 13. Byarni Vidarsson, 22. Jeremi Servi, 11 Atli Qudnason